Wildcard SSL sertifikatı nədir?
Wildcard SSL bir sertifikat vasitəsilə məhdudiyyətsiz sabdomenləri mühafizə etməyə imkan yaradır. Bu bir neçə sayt və ya səhifələri idarə edən və bir domen altında fəaliyyət göstərən istifadəçilər üçün əla həlldir.
Dəqiq və tam domen adı (məs: www.sizindomen.az) üçün istifadə edilən standart SSL-dən fərqli olaraq bu Wildcard SSL *.sizindomen.az tipi ilə buraxılır ki, bu da öz növbəsində onun sonsuz sayda sabdomenlərə də tətbiq edilə bilməsindən xəbər verir.
Wildcard SSL DV və OV sertifikatları üçün keçərlidir.